Press "Enter" to skip to content

Rusiyanın təcavüzünə qarşı ortaq mövqe

Birgə bəyannamənin imzalanmasından sonra

Ukrayna, Rumıniya və Moldova birgə təhlükəsizlik bəyannaməsi qəbul ediblər

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi Rumıniyanın paytaxtı Buxarestdə Ukraynanın təşəbbüsü ilə Beynəlxalq Krım Platforması çərçivəsində təşkil edilən Birinci Qara Dəniz Təhlükəsizlik Konfransı keçirilib.

Rusiya işğalının nəticəsələri müzakirə edilir

Konfransı ikinci günü Ukrayna, Rumıniya və Moldova birgə təhlükəsizlik bəyannaməsini qəbul ediblər.

Kırım Haber Ajansının məlumatına görə, Beynəlxalq Krım Platforması çərçivəsində Birinci Qara Dəniz Təhlükəsizlik Konfransının sessiyaları ikinci gün davam edib. Bu kontekstdə sessiyanın əsas mövzusu dinc, təhlükəsiz və firavan Qara Dəniz regionuna baxış olub: “Qara Dəniz Təhlükəsizlik Konfransında iştirak edən Rumıniya, Ukrayna və Moldovanın xarici işlər və müdafiə nazirləri 13 aprel 2023-cü il tarixində strateji əməkdaşlıq və tərəfdaşlıq protokolu imzalayıblar. Həmçinin, birgə bəyannamə qəbul edilib. Mərasimə Rumıniyanın müdafiə naziri Angel Tilvăr, Rumıniyanın xarici işlər naziri Anatolie Nostatii, Ukraynanın müdafiə naziri Aleksiy Reznikov, Moldovanın xarici işlər naziri Niku Popesku, Moldovanın müdafiə naziri Anatolie Nosatiy və Ukraynanın xarici işlər naziri Dmitro Kulebanın adında nazir müavini Emine Ceppar qatılıb. Birgə bəyannamədə regional və qlobal təhlükəsizliklə bağlı ortaq narahatlıqları olan üç ölkənin Rusiyanın təcavüzünə qarşı ortaq mövqe tutacağı vurğulanıb”.

Mission News Theme by Compete Themes.