Son yeniləmə: 14 Aprel 2023 13:03
BAYRAQDAR MEDİA – Nitq və eşitmə məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasına xüsusi önəm verən “Nar”, “Təlim Məktəbi” layihəsi çərçivəsində 20 xanıma manikür peşəsi üzrə təlimlər təşkil edib.
BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, təlimləri uğurla başa çatdıran xanımlar peşə üzrə sertifikatlarla təmin olunub, eyni zamanda mobil operator onlara öz kiçik bizneslərinə başlamaq üçün lazımi manikür avadanlığı dəstləri də hədiyyə edib: “Layihənin əsas məqsədi də məhz iştirakçıların maliyyə azadlığını təmin etmək və onları öz ayaqları üzərində dura bilən fərdlər olaraq cəmiyyətə qazandırmaqdır”.
Əksər iştirakçılar artıq bu sahə üzrə əmək fəaliyyətinə də başlayıblar. Bu müsbət tendensiyanın cəmiyyətə faydasına diqqət çəkən “Nar”ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Əziz Axundov bildirib:“Mobil operator olaraq, əsas məqsədimiz insanların daima ünisyyətdə qalmalarına dəstək olmaqdır. Bu baxımdan eşitmə və nitq məhdudiyyəti olan insanlara dəstək Korporativ Sosial Məsuliyyət strategiyamızın əsas hissəni təşkil edir. Uzun illərdir ki, Nar bu insanların yeni peşələrə sahib olmaları, yeni biliklərin əldə edilməsi və əlbəttə ki, maliyyə azadlıqlarının təmin edilməsi üçün önəmli addımlar atır. Bu layihələri hər zaman davam etdirmək fikrindəyik”. “Təlim Məktəbi” “Eventiada IPRA Golden World Awards” (Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası Qızıl Dünya Mükafatı) müsabiqəsində “Ən yaxşı sosial layihə” nominasiyasında qalib olub. Mobil operatorun gerçəkləşdirdiyi digər sosial layihələr barədə ətraflı buradan məlumat əldə edə bilərsiniz.