Son yeniləmə: 14 Aprel 2023 12:44
BAYRAQDAR MEDİA – Monqolustanın daha əvvəl Malatyaya 10 çadır göndərdiyi Battalgazi rayonuna Monqolustan parlamenti daha 30 çadır göndərib.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, Monqolustandan Türkiyənin Malatya rayonuna gələn nümayəndə heyəti Monqolustan parlamenti tərəfindən Battalgazi Bələdiyyəsinə göndərilən 30 çadırı təhvil verib.
Nümayəndə heyətinin sözçüsü Gantulga Dorjdugar Türkiyənin Ulan-Batordakı səfirliyi ilə əlaqə saxladıqlarını və lazım olan humanitar yardım materialları ilə bağlı məlumat aldıqlarını bildirərək, “Gətirdiyimiz çadırlar adi çadırlar deyil, Monqolustanda onlara yurd deyirlər, onlar evlər. Biz də bu evlərdə yaşayırıq”.
Battalgazi Bələdiyyə Başçının müavini İsmet Sarıgül, göndərdikləri çadırlar üçün Monqolustan parlamentinə minnətdarlıq edib: “Çətin bir gün idi, əsrin fəlakətində bizi tək qoymadılar. Bələdiyyə Başçısı Osman Güder adından Monqolustan parlamentinə və xalqına təşəkkür edirəm”.