Press "Enter" to skip to content

MEK-də biblioqrafik göstərici işıq üzü görüb

Biblioqrafik göstərici

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında elmin bütün sahələrinə aid hər il minlərlə sənəd toplanır. Elmi ictimaiyyəti yeni daxil olan ədəbiyyat haqqında məlumatlandırmaq və istifadəsini operativ şəkildə təşkil etmək məqsədilə 2022-ci il ərzində MEK-in fondlarına daxil olan ədəbiyyatın biblioqrafik göstəricisi tərtib olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya aprelin 14-də MEK-dən daxil olub.

Xəbərdə deyilir ki, “nəşrin elmi redaktoru MEK-in baş direktoru, Prof. Məmməd Əliyev, buraxılışa məsul şəxs icraçı direktor, Dos. Şəhla Tahirqızı, ixtisas redaktoru kitabxananın Biblioqrafiya şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, tərtibçiləri şöbənin əməkdaşları Nərgiz Novruzova, Mahnur Həsənova, Afət Məmmədova, Türkan Vahidova və Rəna Cavadovadır. “Elm” nəşriyyatında işıq üzü görən biblioqrafik göstərici 872 səhifədən ibarət olmaqla Azərbaycan, rus və ingilis dillərindədir. Burada təqdim olunan sənədlər elm sahələri üzrə qruplaşdırılıb, daxildə isə əlifba sırası ilə düzülüb. Həmçinin 2022-ci ildə kitabxananın fonduna daxil olan və ardı davam edən nəşrlər, jurnallar, dissertasiya və avtoreferatlar da ayrıca bölmə şəklində qruplaşdırılıb”.

Qeyd edək ki, göstərici geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Mission News Theme by Compete Themes.