Press "Enter" to skip to content

İkitərəfli əməkdaşlıq müzakirə olunub

Son yeniləmə: 14 Aprel 2023 14:21

BAYRAQDAR MEDİA – Ər-Riyad şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Səudiyyə Ərəbistanının təhsil naziri, KOB Bankının İdarə Heyətinin sədri Yousef Al-Benyan ilə görüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 14-də KOBİA-dan məlumat verilib.

Bildirilib ki, görüşdə KOB subyektlərinin maliyyə resurslarına çıxışı, bu sahədə Azərbaycan və Səudiyyə Ərəbistanının təcrübəsi və dəstək mexanizmləri barədə fikr mübadiləsi aparılıb.
Görüşdə həmçinin, KOBİA-nın KOB-lara göstərdiyi dəstək və xidmətlər barədə məlumat verilib.

Mission News Theme by Compete Themes.