Press "Enter" to skip to content

İki QHT arasında əməkdaşlıq protokolu imzalanıb

Nadir Azəri (solda) və Emin Həsənli

Son yeniləmə: 14 Aprel 2023 17:07

Tərəflər Azərbaycanın və türk dünyasının maraqları, vətənpərvərlik məsələləri, həmçinin, koalisiya və birliklərdə birgə hərəkət etmək barədə razılığa gəliblər

BAYRAQDAR MEDIA – “Azərbaycanda QHT sektoruna göstərilən diqqət və qayğı bu sahədə xüsusi canlanmaya təkan verib. QHT-lər də bu diqqət və qayğıya adekvat olaraq öz fəaliyyətlərini günün tələbləri səviyyəsində qurmaq, ölkəmizin milli maraqlarına xidmət edən proseslərdə öndə olmaq üçün üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Elə “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyi (TOHGM İB) ilə “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi arasında imzalanan əməkdaşlıq protokolu da bu sahədə birgə fəaliyyətlərin intensivləşdirilməsi məqsədi daşıyır”.

Bu barədə BAYRAQDAR MEDIA-ya aprelin 14-də CASCFEN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin ofisində bu qurumun sədri Emin Həsənli ilə CASCFEN-in sədri Nadir Azəri arasında görüş keçirilib: “Görüşdə tərəflər Azərbaycanda QHT sektoruna göstərilən diqqət və qayğını təqdir edib və bu istiqamətdə həyata keçirilən işlərə dəstək, həmçinin, digər məqamlar üçün birgə fəaliyyətin zəruriliyni vurğulayıblar”.

İmzalanma mərasimindən xatirə fotosu
İmzalanma mərasimindən xatirə fotosu

Məlumatda qeyd edilib ki, tərəflər Azərbaycanın və türk dünyasının maraqları, vətənpərvərlik məsələləri, həmçinin, koalisiya və birliklərdə birgə hərəkət etmək barədə razılığa gəliblər.

Sonda göstərilən istiqamətlərdə birgə addım atmaq, bir-birinə dəstək verməklə bağlı iki QHT arasında əməkdaşlıq protokolu imzalanıb.

Mission News Theme by Compete Themes.