Son yeniləmə: 14 Aprel 2023 13:55
BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyəti Cümhurbaşqanının xüsusi nümayəndəsi Ergün Olgün Kıbrıs Postası TV-yə verdiyi açıqlamada, “Yeni sərhəd qapısının açılması gündəmimizdədir” deyib.
Kibris Postasının xəbərinə görə, o, danışıqların davam etdiyini vurğulayıb.
Kaan Kutlayın hazırlayıb təqdim etdiyi “Siyasət iqtisadiyyatı” adlı proqrama telefon əlaqəsi ilə qatılan E.Olgün aparıcının “Yeni sərhəd qapısı açılması kimi bir gündəm varmı?” sualına “Var, bizim gündəmimizdədir” deyə cavab verib.
Hazırda ad və yer verə bilməyəcəyini bildirən E.Olgün,
“Bu, hələ də müzakirə olunan məsələdir. Kıbrıs türk tərəfi uzun müddətdir ki, məsələ ilə bağlı rum tərəfinə təkliflər edir, onların da əks təklifləri var. Mən onları indi izah edə bilmərəm” deyib.