BAYRAQDAR MEDİA – 20 aprel – 4 may tarixlərində YARAT Müasir İncəsənət Məktəbi tələbələrinin üçüncü yekun buraxılış sərgisi olacaq.
Bu haqda YARAT-ın yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki”, “”Dərman arardım dərdimə” adlı sərgi insanın öz mənəvi böhranından məlhəm axtarışı, onun özünü tapmaq, kamillik qazanmaq cəhdidir. Dərdlərin həllinə çalışarkən mənəvi böhran qaçılmaz olur. Ruh hər zaman harmoniya axtarışındadır, insanın dünyası isə disharmonikdir. İnsanın dərdlərinin də, ümidlərinin də mənbəyi bu uyğunsuzluqdur. Sərgi insan iztirablarından, mənəvi böhranlarından şəfa taparaq kamilləşmə yolunu vurğulayır”.
Qeyd edək ki, sərginin kuratoru Bəxtiyar Əliyev, layihə meneceri Fidan Hüseynova, rəssamlar isə Səma Abdalova, Ayten Abdullayeva, Aygün Baxşiyeva, Dilarə Əli-zadə, Zaur Qəhrəmanov, Ceyran Mir-Qasım, Nərmin Nəsibova, Lenay Seidəli-zadə, Murad Vəliyevdir.