BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Sürgündəki Tatarıstan Hökumətinin Baş naziri Rafis Kaşapov Çeçenistan İçkeriya Respublikasının Baş naziri Əhməd Zakayevə müraciət edərək tanınma istəyini ifadə etmişdi.
Aprelin 14-də R.Kaşapov xəbər yayıb ki, artıq Çeçenistan hökumətindən onların müraciətinə ilkin cavab verilib.
Sürgündəki Çeçenistan İçkeriya Respublikası Baş nazirinin 1-ci müavini Alim Paşa Soltıxanov cavabda bildirib ki, Tatarıstanın müraciətini hörmətlə qəbul ediblər. O, deyib ki, məsələylə bağlı hazırda Ukraynada səfərdə olan Çeçenistanın Baş naziri Əhməd Zakayevə məlumat verilib. A.P.Soltıxanov onu da əlavə edib ki, tezliklə Tatarıstan Hökumətinin müraciətinə geniş cavab veriləcək.
Çeçenistan təmsilçisi həm də iki xalqın rifahı naminə iş birliyindən məmnun olduqlarını bildirib. O, deyib: “ümid edirəm ki, tezliklə bizim xalqlarımız Rusiya imperiyasının zülmündən xilas olacaq”.