Press "Enter" to skip to content

“Bu işə başlayanda nə komandam, nə də böyük miqdarda pulum var idi”

Müsahibə zamanı

Son yeniləmə: 14 Aprel 2023 14:36

Fikrət Əliyev: Azərbaycan dövləti münbit şərait yaratmasaydı, özəl sektora və sahibkarlara dəstək verməsəydi bu gün bu uğurları əldə edə bilməzdik

BAYRAQDAR MEDİA – “Ulu öndərimizin uşaqlıqdan bizə təlqin etdiyi azərbaycançılıq ideyasına xidmət əsas amalımdır. Bu məqsədlə hər zaman Azərbaycanın dəyərlərinin dünyada, xüsusilə də türk dünyasında təbliği işinə bacardığım dəstəyi vermişəm”.

Azərbaycanda daha bir yeni zavod qurula bilər

Bunu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində Unity Company şirkətinin təsisçisi Fikrət Əliyev dedi.

Məlumat üçün bildirək ki, F.Əliyev həm uğurlu iş adamı, həm türk dünyasına bağlı bir şəxs, həm də xeyriyyəçi kimi tanınır. Onunla müsahibəmizə “Unity Company”inin nə zaman və hansı məqsədlə yaranmasına dair sulla başladıq.

Bu sahədə uğur qazanmaq üçün pul heç də əsas şərt deyil

Təsisçisi olduğu şirkətin 12 il öncə qurulduğunu deyən F.Əliyev bunula bağlı maraqlı bir məqama da toxundu: “Bəzən deyirlər ki, iş dünyasında, biznes sektorunda hər hansı bir uğur qazanmaq üçün əsas olan maliyyədir. Amma mən hesab edirəm ki, bu sahədə uğur qazanmaq üçün pul heç də əsas şərt deyil. Təbii ki, iş dünyasında uğur qazanmaq üçün pul da önəmli rol oynayır. Bununla belə düşünürəm ki, bu sahədə özünü sınamaq istəyənlərin uğurunu şərtləndirən amillər içərisində qətiyyət, iradə, atılacaq addımların düzgün planlaşdırılması ilk sırada dayanır. Mənimlə razılaşmayanlar ola bilər. Ancaq mən deyirəm ki, şəxsən özümün timsalımda ortada uğurlu bir nümunə var. Məsələ burasındadır ki, mən bu işə başlayanda nə komandam, nə də böyük miqdarda pulum var idi”.

Fikrət Əliyev
Fikrət Əliyev

Müsahibimiz bildirdi ki, şirkəti 2011-ci ildə cüzi bir sərmayə ilə, cəmi 1300 manatla təsis edib: “Onu da xüsusi vurğulayım ki, şirkət qurulanda təqdim etmək üçün cəmi bir dərmanımz və bir işçimiz ( o da elə özüm idim –F.Ə) vardı. Bu gün isə öz şəxsi ofisinə və 124 nəfərlik işçi heyətinə malik olan şirkətimiz 54 dərman vasitəsinin idxalını təşkil edir. 12 ildir fəaliyyət göstərən “Unity Company”inin hazırda dünyanın 9 ölkəsi ilə əməkdaşlıq müqaviləsi var. Yəni, Misir, İordaniya, Ukrayna, Türkiyə, Hindistan, Bolqarıstan, Almaniya, İtaliyadan Azərbaycana dərmanların idxalını, həmçinin, burada marketinq və satışını təşkil edirik”.

Bu fəaliyyətə başlayana kimi xeyli təcrübə toplamışam

“Niyə məhz dərmanların idxalı” sualına gəlincə, müsahibimiz bunun da təsadüfi olmadığını dedi: “Mən heç də qəfildən bu sahəyə baş vurmamışam. Bu fəaliyyətə başlayana kimi xeyli təcrübə toplamışam. İlk dəfə 2002-ci ildə Azfarma şirkətində dərmanların idxalı və marketinqinin reprezantlığı ilə məşğul olmuşam. Bundan sonra bu sahələrdə müxtəlif işlərdə çalışdım. Yəni el arasında deyildiyi kimi bu sahədə fəhləlikdən başlayıb, bu günə, yəni sıravi reprezantdan təsisçiliyə qədər bir yol keçmişəm. Təbii ki, öyrənə-öyrənə, təcrübə toplamaqla və bir an belə yorulmadan. Ən əsası isə Azərbaycanda dövlətin iş dünyasına yaratdığı münbit şərait nəticəsində. Əgər Azərbaycan dövləti münbit şərait yaratmasaydı, özəl sektora və sahibkarlara dəstək verməsəydi bu gün bu uğurları əldə edə bilməzdik. Bir sözlə, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində özəl sektora diqqət və qayğı göstərilir”.

Həmin vaxt dərman bazarı sanki bir poliqona çevrilmişdi

“Dediniz ki, 9 ölkədən dərman idxal edirsiniz. Bəlli olduğu kimi, bəzən xaricdən gələn dərmanların ya tərkibi zəif olur, ya da içindəki ilə yazılanlar uyğun gəlmir. Bəs, siz gətirdiyiniz dərmanların keyfiyyətinə necə nəzarət edirsiniz” sualını F.Əliev belə cavablandırdı:

“Düz vurğulayırsınız ki, əvvəllər dərmanlarla bağlı belə narahatlıq vardı. Bunun da səbəbi bəlli bir dövrdə, 2007-ci ilə qədər Azərbaycanın dərman bazarında bəzi boşluların olmasında idi. Həmin vaxt dərman bazarı sanki bir poliqona çevrilmişdi. Hər kəsə bura məhsul daxil edirdi. Amma şükür Allaha ki, indi ölkədə dərmanların tərkibinə ciddi nəzarət edilir. Konkret olaraq bizə gəlincə, bir audit şirkətlə danışdıq. Bir il bizim şirkəti bazarda araşdırdı, alıcılar arasında sorğu apardı. Bəlli oldu ki, müştərilərin 89 faizi “bizim dərmanları niyə istifadə edirsiniz” sualına “keyfiyyətinə görə” cavabını verib. 11 faizi isə kimsə tövsiyyə etdiyinə, yaxud həkim yazdığına görə istifadə etdiyini deyib. İkinci bir nüans, biz şirkəti qurarkən bir prinsipi əsas götürdük. Hansı ölkədən məhsul alacağıqsa, öncə gedib, həmin zavodla, istehsalla yerində tanış olmalıyıq. Məhz bu prinsipə görə də əməkdaşlıq etdiyimiz 9 dövlətin hamısında səfərdə olub, istehsal prosesini, həmçinin, məhsullarının keyfiyyətini yerində yoxlamışıq”.

“Bəs, olubmu ki, getdiyiniz yerlərdən razı qalmayasınız” sualına isə F.Əliyev “Bəli. Polşada 4 zavoda getdik, ancaq onlardan biri ilə müqavilə bağladıq. Digər üçündə xoşuma gəlməyən müəyyən nüanslar oldu” deyə cavab verdi.

Təəssüf ki, dərman bazarında belə şəxslər də var

Şirkətin gətirdiyi dərmanların qiymətinə gəlincə, qeyd olundu ki, bu məsələdə də keyfiyyət ön sırada tutulur: “Çox vaxt deyirlər ki, Unity Company şirkətinin dərmanları bahadır. Amma baha deyil. Sadəcə bizim gətirdiyimiz dərmanlar tam keyfiyyətli, tibbi standartlara cavab verdiyi, həmçinin, tərkibində tələb olunan komponentlərin hamısı olduğu üçün digər dərmanlara nisbətən bahadır. Amma gəlin görək o ucuz olan dərmanların keyfiyyəti necədir? Bu suala cavab olaraq, Misirdə rastlaşdığımız bir məqamı sizin vasitəsilə dəyərli xalqımızın da diqqətinə çatdırmaq istəyirəm. Deməli, Misirin bir zavodunda oranın rəsmiləri ilə görüşəndə onlardan biri bizə bir təəssüfedici söz dedi. Həmin şəxs “sizin bəzi azərbaycanlıları başa düşə bilmirik. Bura gəlirlər, yemək zamanı tərkibində donuz əti olan məhsulları görəndə “haramdır olmaz” deyirlər. Amma bu sözü deyənlər dərman məsələsinə gələndə “dərmanın içinə başqa şeylər yaz, tərkibinə başqa şeylər qat ki, ucuz başa gəlsin” deyirlər. Yəni, yeməkdə haram axtaran bu şəxslər dərmanın tərkibinə müdaxilə edilməsinə, nəticədə xəstə adamların aldadılmasına haram kimi baxmırlar” dedi. Düzü bu bizdə çox təəssüf doğurdu. Təəssüf ki, dərman bazarında belə şəxslər də var”.

Fikrət Əliyev və Nadir Azəri
Fikrət Əliyev və Nadir Azəri

F.Əliyev sözlərinə davam edərək bildirdi ki, “məhz buna görə də biz birinci xarici ölkələrə gedib, istehsal şəraiti ilə tanış oluruq. Sonra sifariş verdiyimiz dərmanların nümunələrini bizə göndərirlər. Burada həm AQTA-nın, həm də Səhiyyə Nazirliyinin laboratoriyası var. Biz o nümunələri orada yoxladırıq. “Bir pəncərə” sistemində təqdim etdiyimiz məhsulların laborator nəticələri uyğun gəlirsə sertifikatımızı alırıq. Yalnız bundan sonra məhsulu Azərbaycan bazarına təqdim edirik. Eyni zamanda tam partiya məhsullar gələndən sonra Səhiyyə Nazirliyinin qərarına əsasən gömrükdə məhsul idxal olunmamışdan əvvəl yenə nümunələr götürülür. Uyğunluq sertifikatı çıxandan sonra məhsul artıq satışa buraxılır. Bir sözlə, gətirdiyimiz dərmanların keyfiyyətinə heç bir şübhə ola bilməz”.

Mission News Theme by Compete Themes.