Press "Enter" to skip to content

Azərbaycan və ABŞ arasında hərbi təhsilin inkişaf perspektivləri

Görüşdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Amerika Birləşmiş Ştatlarında səfəri çərçivəsində bu ölkənin Milli Müdafiə Universitetini ziyarət edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 14-də Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Universitetlə tanışlıqdan sonra general-leytenant R.Tahirov ABŞ-ın Milli Müdafiə Universitetinin (MMU) 17-ci prezidenti general-leytenant Mayk T.Plen ilə görüşüb: “Tərəflər ABŞ-ın hərbi təhsil sisteminin və MMU-nun bu sahədə təcrübəsinin öyrənilməsinə dair fikir mübadiləsi aparıb. General-leytenant R.Tahirov Azərbaycanda yeni yaradılan Milli Müdafiə Universiteti barədə ətraflı məlumat verib.
Görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib”.

Sonda xatirə fotosu çəkdirilib.

Mission News Theme by Compete Themes.