Press "Enter" to skip to content

Anadolu coğrafiyası zəlzələ coğrafiyasıdır

Prof. Dr. Turgut Tok

Son yeniləmə: 14 Aprel 2023 17:12

Prof. Dr. Turgut Tok: Biz bu coğrafiyada zəlzələlərlə yaşamağı öyrənməliyik

BAYRAQDAR MEDİA – Denizli24haber Youtube Kanalının diqqətçəkən yeni proqramı “Xarici səs” maraqlı mövzular və qonaqlarla yayıma başlayıb.

Bu barədə eyni adlı denizli24haber.com saytı məlumat yayıb.

Məlumata görə, proqramın ilk qonağı Pamukkale Universiteti Türk Dili ve Edebiyatı Bölümü Yeni Türk Dili Ana Bilim Dalı başqanı Prof. Dr. Turgut Tok olub.

T.Tokun Denizli ilə bağlı zəlzələ mövzulu açıqlamaları böyük diqqət çəkib. O, “Zəlzələ böyük sürprizdirmi? Əlbəttə yox. Anadolu coğrafiyası zəlzələ coğrafiyasıdır. Biz bu coğrafiyada zəlzələlərlə yaşamağı öyrənməliyik” deyib.

Prof. Dr. Turgut Tok bildirib ki, uzağa getməyə ehtiyac yoxdur: “5 kilometr aralıda Laodikiya adlı qədim şəhər var. Pamukkalenin üstündə Hierapolis var. Yenicəkənddə Tripolis var. Bu şəhərlərin qazılmağa başlamazdan əvvəlki vəziyyəti haqqında bildiyimiz 2 şəhər var. Laodikiya və Tripolis. Torpaq üstündə 3-5 daş var. Bəs o böyük şəhərləri yerin altına alan nədir? Böyük zəlzələlər. Əslində bu coğrafiyada hər şey gözümüzün qabağındadır. Laodikiya, Tripolis, Koleziya dediyimiz şəhərlər zəlzələlər nəticəsində yerin altında qalan şəhərlərdir. Denizlinin coğrafiyası da zəlzələ yaratmaq üçün çox əlverişlidir. Öz sahəsinin mütəxəssisi olanlar bu mövzudan tez-tez danışırlar”.

Müsahibəsində Denizli Çukuru və ya Çanağı adlanan bölgənin qədim zamanlarda Likus Vadisi adlandırıldığını bildirən alim daha sonra deyib: “Türklər bu bölgəyə hakim olduqdan sonra Likus sözünü Çürüksu olaraq dəyişdirdilər. Yəni Likus vadisini Çürüksu vadisi adlandırdıq. Yəni adı üstündə. Honaz dağından başlayaraq Aydın dağlarına qədər uzanan bu hövzədə torpağın altında su var. Məsələn, Buharkent var. Yerin altında su var, qaynayır”.

https://www.youtube.com/watch?v=at4MD-RlC8c

Mission News Theme by Compete Themes.