Press "Enter" to skip to content

Ali təhsil müəssisələrində təqdimat və təlimlər keçirilib

Son yeniləmə: 14 Aprel 2023 15:23

BAYRAQDAR MEDİA – İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tələbələr üçün təşkil olunan sayca ikinci “Yay Təcrübə Proqramı” çərçivəsində 12-14 aprel tarixlərində Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Dövlət Universitetində 500-dən çox tələbəyə proqramın təqdimatını keçirib və vergi mövzusunda təlimlər təşkil edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 14-də DVX-dən məlumat verilib.

Bildirilib ki, təqdimatlarda DVX-nin İnsan resursları baş idarəsinin əməkdaşları tərəfindən tələbələrə keçiriləcək təcrübə proqramı haqqında ətraflı məlumat verilib, proqramda iştirak üçün qeydiyyat prosesi və seçim mərhələləri barədə zəruri qeydlər çatdırılıb: “Təqdimatdan sonra DVX-nin Tədris Mərkəzi tərəfindən tələbələr üçün “Vergi öhdəlikləri və onların yerinə yetirilməsi” və “Vergi məsuliyyəti nədir?” mövzuları üzrə təlimlər keçirilib. Xatırladaq ki, “Yay Təcrübə Proqramı”na qeydiyyat cari ilin aprel ayının 30-na qədər davam etdirilir. Müraciət bu linkə keçməklə mümkündür”

Mission News Theme by Compete Themes.