Press "Enter" to skip to content

Akademikin yubileyinə həsr olunmuş tədbir

Tədbirdən görüntü

BAYRAQDAR MEDİA – Aprelin 14-də Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb Kollecində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SN-nin Mətbuat Xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, giriş sözündə “Kollecin direktoru Dilarə Məmmədəliyeva akademik Zərifə Əliyevanın elmi fəaliyyətinin çox zəngin və əhatəli olduğunu vurğulayaraq onun alim kimi qazandığı böyük uğurların Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil etdiyini bildirib”.

Sonra Milli Oftalmologiya Mərkəzinin əməkdaşı Nübar Həşimova və sözügedən Kollecin “Göz xəstəlikləri” fənn müəllimi Aynur Səfixanova Zərifə xanımın həyat və yaradıcılığı haqqında geniş məruzə ilə çıxış edib.

Tədbir Kollec tələbələrinin hazırladığı bədii hissə ilə davam edib.

Mission News Theme by Compete Themes.