Son yeniləmə: 13 Aprel 2023 16:18
BAYRAQDAR MEDİA – Biznes hüququ ilə məşğul olan vəkillər və hüquqşünaslar üçün təlim keçirilib. Təlim İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBNDX) Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Biznes Hüququ Komitəsi, Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) birgə təşkilatçılığı ilə keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 13-də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, “Azərbaycanda rəqabət hüququnun praktiki məsələləri” mövzusunda keçirilən təlimdəümumilikdə 60-dan çox şəxs iştirak edib: “Təlimdə Dövlət Xidmətinin nümayəndələri təbii inhisarlar, haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət, antiinhisar nəzarəti sahələrində Dövlət Xidmətinin gördüyü işlərbarədə iştirakçıları məlumatlandırıb. Tədbirdə həmçinin Dövlət Xidmətinin müvafiq sahələrdə mövcud praktikası və məhkəmə təcrübəsi əsasında müzakirələr aparılıb”.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.