Press "Enter" to skip to content

Siyasi böhran parlamentin ilk iclasında özünü göstərdi

Bolqarıstan parlamenti

Son yeniləmə: 13 Aprel 2023 12:00

BAYRAQDAR MEDİA – Bolqarıstanda 49-cu Xalq Məclisinin ilk iclasının aprelin 12-də keçiirləcəyi xəbərini vermişdik.

Yeni parlamenin ilk iclası aprelin 12-də olacaq

Beləliklə, iclas keçiriləib. Lakin siyasi qüvvələr arasındakı böhran yeni tərkibli parlamentin ilk iclasıında özünü gösətirb.

Radio Bolqarıstan xəbər verir ki, iclasda parlamentin yeni sədrini seçmək mümkün olmayıb.

Məlumata əsasən, Rosen Jelyazkovun namizədliyini yalnız onu tövsiyə edən GERB-SDS 68 səslə dəstəkləyib. Vazrajdane Partiyasının səkkiz deputatı bunun əleyhinə səs verib. Qalan 144 deputat bitərəf qalıb.

Elə Vazrajdane Partiyasının namizədi Petyr Petrovun da namizədliyi yetərincə dəstəklənməyib. 37 deputat onun lehinə, 88 deputat əleyhinə səs verib. 39 xalq deputatı isə bitərəf qalıb.

Yeni parlamentdə 6 partiya təmsil olunacaq

Bundan sonra Dəyişikliyə Davam Et (PP) – Demokratik Bolqarıstan Alyansı Avropa Parlamentinin təcrübəsinə əsaslanaraq, rotasiya ilə sədrlik təklif edib. Təklifə əsasən parlametin sədri və Hüquq Komissiyasının sədri hər iki aydan bir dəyişdirilməlidir.

Mission News Theme by Compete Themes.