Press "Enter" to skip to content

Rusiyanın daha bir istehza yaradan qərarı

Rusiya Krımda sarı və mavi boyaların satışını qadağan edib

Son yeniləmə: 13 Aprel 2023 17:16

BAYRAQDAR MEDİA – Ukraynayönlü fəalların fəaliyyətindən narahat olan Rusiya işğal administrasiyası Krımda sarı və mavi boyaların satışını qadağan edib.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Məlumatda deyilir ki, Rusiyanın işğalı altında olan Krımda rus işğalçılarına qarşı çıxan və Krımın azad edilməsi uğrunda mübarizə aparan fəallar sarı və mavi rənglərdə ukraynayönlü şüarlar yazmaqla, müxtəlif rənglərdə sarı-mavi lentlər bağlamaqla Krımın tezliklə azad ediləcəyini işğalçılara xatırladırlar.

Ukraynayönlü fəalların fəaliyyətindən narahat olan Krımın Kremlin nəzarətində olan kukla administrasiyası mağaza və bazarlarda sarı və mavi boya və lentləri qadağan edib”.

Məlumata görə, “Sarı lent” adlı müqavimət hərəkatının verdiyi açıqlamada deyilir: “Rusiya işğal administrasiyası o qədər absurd həddə çatıb ki, indi bazarlarda və mağazalarda bazarlarda sarı və mavi boyaların, lentlərin satışını qadağan edib”.

İşğalçıların fəalları tapmaq üçün yoxlamaları artırdığı ifadə edilən açıqlamada, həmçinin, “Sarı lentli fəallar Akmescit, Akyar, Yalta və Sudakda 280-dən çox plakat və lent paylamağa nail olublar. Yarımadada nəzarət gücləndirilib. Fəallarımızı axtarırlar, amma biz dayanmayacağıq” deyə qeyd olunub.

Mission News Theme by Compete Themes.