Press "Enter" to skip to content

Nazir Bosniya və Herseqovinada bir sıra görüşlər keçirib

Görüş zamanı

Son yeniləmə: 13 Aprel 2023 12:34

BAYRAQDAR MEDİA – Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Bosniya və Herseqovinaya səfər edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 13-də İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bosniya və Herseqovinanın Nazirlər Şurasının sədri xanım Boryana Krişto ilə görüşən Mikayıl Cabbarov Azərbaycanın bu ölkə ilə əlaqələrəönəm verdiyini, iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi üçün böyük potensial olduğunu vurğulayıb: “Ölkəmizdə investisiya fəaliyyətinin təşviq edilməsi ilə bağlı görülən işlər, xarici investisiyalar üçün yaradılmış əlverişli mühit diqqətə çatdırılıb, Bosniya və Herseqovina şirkətləri fəal əməkdaşlığa dəvət olunub. Boryana Krişto Azərbaycanın etibarlı tərəfdaş olduğunu vurğulayaraq, Bosniya və Herseqovinada baş vermiş daşqınlar zamanı ölkəmizin göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini,qarşılıqlı iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edib.Söhbət zamanıBosniya və Herseqovina şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağıifadə olunub”.

Məlumata əsasən, Bosniya və Herseqovinanın xarici ticarət və iqtisadi əlaqələr naziri Staşa Koşaraçla görüşdə qarşılıqlı sərmayələrin və biznes dairələri arasında birbaşa təmasların artırılması barədə fikir mübadiləsi aparılıb: “Qeyd edilib ki, ölkələrimiz arasında investisiya, nəqliyyat-logistika, ticarət, sənaye, kənd təsərrüfatı, turizm, əczaçılıq və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün imkanlar var. Nazir Mikayıl Cabbarov Azərbaycanda sahibkarlığın stimullaşdırılması və rəqabət qabiliyyətinin artırılması üçün görülən işlər, kiçik və orta biznesə dəstək mexanizmləri və digər tədbirlər nəticəsində qeyri-neft ixracında əldə olunmuş uğurları diqqətə çatdırıb, ixrac coğrafiyasının genişləndirilməsi baxımından Bosniya və Herseqovina bazarının Azərbaycan sahibkarları üçün cəlbedici və yeni imkanlar açdığınıvurğulayıb. Staşa Koşaraç ikitərəfli iqtisadi münasibətlərin gücləndirilməsi perspektivləri, investisiyaların təşviqi, qeyri-neft sektorunda qarşılıqlı təcrübə mübadiləsi barədə fikirlərini bölüşüb”.

İqtisadiyyat naziri M.Cabbarovun Bosniya və Herseqovina Federasiyasının Baş naziri Fadil Novaliç ilə görüşündə iki ölkə arasında iqtisadi münasibətlərin inkişaf perspektivləri müzakirə edilib: “İşğaldan azad olunmuş ərazilərimizin inkişafı, Qarabağ regionunda icra edilən infrastruktur layihələri, bərpa-quruculuq işləri, həmçinin bu ərazilərin investisiya potensialı və zəngin təbii ehtiyatları, sərmayədarlar üçün yaradılmış əlverişli investisiya mühiti, güzəştlər və sektoral imkanlar barədə məlumat verilib. Fadil Novaliç ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, Bosniya və Herseqovina Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan enerji layihələrini Avropanın enerji təhlükəsizliyinin təmin olunması baxımından yüksək qiymətləndirir.Söhbət zamanı Bosniya və Herseqovinanıniqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən enerji sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlı olduğu diqqətə çatdırılıb”.

Məlumatda deyilir ki, Bosniya və Herseqovinanın Serb Respublikasından olan nümayəndə heyəti ilə keçirilən görüşdə Azərbaycanla iqtisadi münasibətlərin prioritet istiqamətləri, investisiyaların və ticarət əlaqələrinin təşviqi sahəsində perspektivlər barədə fikir mübadiləsi aparılıb: “Səfər çərçivəsində Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Bosniya və Herseqovinanın Xarici Ticarət Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan Respublikasının İqtisadiyyat Naziri Mikayıl Cabbarov və Bosniya və Herseqovina Xarici Ticarət Palatasının Prezidenti Zdravko Marinkoviç imzalayıblar. Sənəd iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün əlavə imkanlar yaradacaq”.

Mission News Theme by Compete Themes.