Son yeniləmə: 13 Aprel 2023 17:16
BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyəitnin (KKTC) hakim Ulusal Birlik Partiyası (UBP) nizamnaməsində dəyişiklik edir.
Bu barədə Kibris Postasi məlumat yayıb.
Məlumata görə, UBP-nin baş katibi Oğuzhan Hasipoğlu KTV canlı yayımında bu məsələyə aydınlıq gətirib.
O.Hasipoğlu, “17 min üzvdən imtina etmək istəmirik” deyib. O, bildirib ki, “nizamnamədə ediləck dəyişikliyə əsasən, indiki 17 min üzv nümayəndələri seçəcək. Nümayəndələr isə partiya sədrini və millət vəkilliyinə namizədləri müəyyən edəcək. Təbii ki, üzvlərin də bəzi haqları olacaq”.
O da vurğulanıb ki, nümayəndələrin sayı 3 mindən az olmamalıdır: “Yuxarı həddi isə hələ ki bilmirik”.