Fahrettin Altun: Paralel strukturlar yaradan FETÖ xarici müdaxilələrin, sui-qəsdlərin, tələlərin, zorakılığın və terrorun qaynağına çevrilib
BAYRAQDAR MEDİA – Fətullahçı Terror Təşkilatının (FETÖ) Türkiyənin və dünyanın gördüyü ən qanlı və ən təhlükəli terror təşkilatlarından biridir.
Bunu Türkiyə Cumhurbaşkanlığı İletişim Başkanı Fahrettin Altun deyib. Türkiyə Cumhurbaşkanlığı İletişim Başkanlığında keçiirlən “FETÖ ilə Beynəlxalq Arenada Mübarizə Simpoziumu”ndakı çıxışında F.Altun bu terror təşkilatnın əməllərindən söz açıb.
Recep Tayyip Erdoğan FETÖ-nün məkrli məqsədlərinin həyata keçməsinə imkan vermədi
F.Altun FETÖ-nün türk millətinin və dövlətinin əsas düşməni olan təşkilatın millətin din, təhsil, vətəndaş cəmiyyəti və yardımlaşma kimi dəyərlərini və hisslərini istismar edərək böyümüş, öz çirkin məqsədlərini həyata keçirmək üçün dövlət qurumlarında məkrli şəkildə kök salmış qaranlıq bir təşkilat olduğunu deyib. O, FETÖ-nün eyni zamanda radikal bir terror təşkilatı olduğunu söyləyib.
Paralel strukturlar yaradan FETÖ-nün xarici müdaxilələrin, sui-qəsdlərin, tələlərin, zorakılığın və terrorun qaynağına çevrildiyini bildirən F.Altun sözlərinə belə davam edib:“Bu təşkilat “hədəfə aparan istənilən yol müqəddəsdir” anlayışı ilə illərcə öz maraqları üçün bu ölkəyə və bu millətə hər cür tələlər, planlar qurub, xəyanətlərlə məşğul olub. Cümhurbaşqanımız Recep Tayyip Erdoğan FETÖ-nün məkrli məqsədlərinin həyata keçməsinə imkan vermədi. FETÖ-çülərin dövlətdən tamamilə təmizlənməsi üçün başlatdığı prosesi o dövrdə bütün maneələrə baxmayaraq davam etdirdi. Hərtərəfli FETÖ təmizliyində növbə Türkiyə Silahlı Qüvvələrinə sızan təşkilat üzvlərinə gələndə, terrorçular son çarə olaraq çevriliş cəhdinə əl atdılar. Cümhurbaşqanımızın liderliyi və millətin güclü və qətiyyətli dik duruşu ilə FETÖ-nün çevriliş xarakterli işğal cəhdinə imkan verilmədi”.
Qətliamda və tələ qurmaqda sərhəd tanımayan qanlı təşkilat
FETÖ ilə mübarizənin davam etdiyini qeyd edən F.Altun qırğında, qətliamda və tələ qurmaqda sərhəd tanımayan qanlı təşkilatın eyni zamanda sərhədləri aşan bir struktura sahib olduğunu vurğulayıb: “Bu gün FETÖ qlobal bir terror təşkilatıdır. Şübhəsiz ki, geniş yayılmış bu beynəlxalq terror təşkilatına qarşı beynəlxalq mübarizə vacibdir. Bu mübarizəyə təşkilatın maliyyə və insan resurslarının qurudulması və terror başda olmaqla hər cür fəaliyyətinin qarşısının alınması ilə yanaşı, təbii ki, FETÖ-nün qanlı üzünün bütün beynəlxalq ictimaiyyətə göstərilməsi də daxil olmalıdır”.
FETÖ bütün ölkələr üçün böyük təhlükədir
Bildirilib ki, bir terror təşkilatına qarşı mübarizə adıyla başqa bir terror təşkilatını dəstəkləmək və himayə etmək qlobal terrorizmi daha da alovlandırmaqdan başqa bir işə yaramayacaq: “Bu gün Qərbdə PKK/PYD terror təşkilatı qorunduğu kimi, FETÖ-yə də qucaq açıldığını görürük. Xüsusilə Qərbdə müəyyən hesablar və planlar çərçivəsində FETÖ-nü guya mötədil İslamın siması kimi bazara çıxaran dairələr FETÖ-nün anti-demokratik, totalitar və terrorçu mahiyyətini gizlətməyə çalışırlar. Hər fürsətdə bu gerçəyi vurğulamalıyıq: Türkiyənin qətiyyətlə mübarizə apardığı FETÖ strukturlaşma içində olduğu bütün ölkələr üçün böyük təhlükədir. FETÖ bu cəmiyyətlər və dövlətlər üçün ciddi təhlükəsizlik problemidir. FETÖ qlobal bir terror təşkilatıdır və bu təşkilata qarşı əməkdaşlıq və həmrəylik içində beynəlxalq mübarizə aparılmalıdır. Bu səbəbdən də çox gec olmadan FETÖ-nün fəaliyyətini dayandırmaq və bu təşkilatın dağıdıcı tərəfi ilə üzləşməmiş tədbirlər görmək hər bir ölkənin və cəmiyyətin xeyrinədir”.
Son FETÖ üzvü ədalət qarşısında cavab verənə qədər…
F.Altun Türkiyənin FETÖ ilə təkcə ölkə daxilində deyil, hüquqi və diplomatik olaraq beynəlxalq arenada da fasiləsiz və qəti şəkildə mübarizə aparmağa davam etdiyini söyləyib. O, FETÖ üzvlərini rahat buraxmayacaqlarını və son FETÖ üzvü ədalət qarşısında cavab verənə qədər mübarizədən əl çəkməyəcəklərini sözlərinə əlavə edib.
FETÖ ile Uluslararası Alanda Mücadele Sempozyumu https://t.co/yaojRdDxUo
— Fahrettin Altun (@fahrettinaltun) April 12, 2023