Press "Enter" to skip to content

“EnergyTech” hakatonu başlayıb

Hakaton

BAYRAQDAR MEDİA – Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin və “Azərişıq ASC”nin birgə təşkilatçılığı ilə “EnergyTech” hakatonu başlayıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya aprelin 13-də sözügedən Agentlikdən daxil olub.

Xəbərdə deyilir ki, “tədbirdə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, “Azərişıq” ASC-nin “ASAN xidmət”lə iş departamentinin direktoru Fərrux Heybətov, “PAŞA Holding”in İnnovasiyalar üzrə proqram rəhbəri Fərrux Əliyev və digər qonaqlar iştirak ediblər. İlk gün cari ilin 13-25 mart tarixində hakatona müraciət edən 90 iştirakçı arasından seçilən 20 komanda öz ideyalarının prototiplərini hazırlayacaq. Sonrakı gün isə prototiplər münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qaliblərə mükafatlar təqdim olunacaq”.

Daha sonra xəbərdə, “dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinə uyğun olaraq elektrikə qoşulma sahəsində qanunvericiliyin daha da təkmilləşdirilməsi və xidmətlərin rəqəmsallaşdırılması sahəsində tədbirlərin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi hazırlanaraq Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri tərəfindən 2022-ci il 7 oktyabr tarixində təsdiq edilib və dərhal icrasına başlanılıb. “EnergyTech” Hakatonu Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrası üzrə ilk dəfə olaraq təşkil olunur və enerji təchizatı şəbəkəsinə qoşulma xidməti üzrə e-sistem istifadəçilərinin sayının artırılması, bu istiqamətdə operativliyin təmin olunması, xidmətdə keyfiyyət səviyyəsinin artırılması və vaxt itkisinin qarşısının alınması məqsədilə həyata keçirilir” deyə qeyd olunub.

Mission News Theme by Compete Themes.