Press "Enter" to skip to content

Dövlət başçısının Balkan səfəri məhsuldar olub – VİDEO

Məhdud heyətli görüş

Son yeniləmə: 14 Aprel 2023 08:10

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev aprelin 13-də Bosniya və Herseqovinaya rəsmi səfərə gəlib.

Bu haqda xəbəri Prezidentin Mətbuat xidməti yayıb.

Prezidentin şərəfinə paytaxt Sarayevonun Musala meydanında rəsmi qarşılanma törəni təşkil edilib. Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç Azərbaycan Prezidentini qarşılayıb.

Qarşılanmadan sonra Prezident İlham Əliyevin Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri xanım J.Tsviyanoviç, həmçinin Rəyasət Heyətinin üzvləri Jelko KomşiçDenis Beçiroviç ilə görüşü olub.

Daha sonra dövlət rəhbərlərinin başçılığı altında geniş tərkibli heyətlər arası görüş keçirilib.

Bu görüşdən sonra iki dövlət rəhbəri “Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalayıb.

İmzalanmanın ardından da dövlət rəhbərləri mətbuat üçün bəyanatla çıxış ediblər.

Əlavə edək ki, Prezident İlham Əliyevin səfəri başa çatıb və o, artıq Azərbaycana qayıdıb.

Mission News Theme by Compete Themes.