Press "Enter" to skip to content

Din xadimləri ilə görüş keçirilib

Görüşdən görüntü

BAYRAQDAR MEDİA – Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, Dos. Aqil Şirinov Masallıda din xadimləri ilə görüşüb.

Bu haqda İnstitutun yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının üzvü Ağarəşid Talıbov və din xadimləri iştirak ediblər. Tədbirdə DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli çıxışında Aİİ-nin yarandığı gündən ölkədə tolerant və multikultural mühitin, milli-mənəvi dəyərlərin qorunması istiqamətində səylə çalışdığını deyib”.

Sonra xəbərdə, qeyd olunur ki, “A.Şirinov təmsil etdiyi İnstitut haqqında geniş məlumat verib, müəssisədə təhsilin tamamilə ödənişsiz olduğunu vurğulayıb. İnstitut rəhbəri bildirib ki, cəmiyyətə təkcə savadlı din mütəxəssisləri və xadimləri deyil, bununla yanaşı Azərbaycanın milli dəyərlərini və ictimai strukturunu mənimsəmiş kadrlar lazımdır. Rektor “Dinşünaslıq” və “İslamşünaslıq” ixtisasları üzrə tələbə qəbulu həyata keçirən ali təhsil müəssisəsində tələbələrə bütün dərsliklərin pulsuz paylanıldığını, eyni zamanda onlara yeməkpulu və adlı təqaüdlərin də verildiyini diqqətə çatdırıb”.

Görüş müzakirələrlə davam edib.

Bildirək ki, ötən gün Aİİ rəhbərliyinin Masallıdakı məktəblərin birində yuxarı sinif şagirdləri üçün məlumatlandırma tədbiri keçirdiyi haqda xəbər vermişdik.

Məktəblilər İlahiyyat İnstitutu haqqında məlumatlandırılıb

Mission News Theme by Compete Themes.