Press "Enter" to skip to content

Uşaq sağlamlığının qorunmasına dair müşavirə

Tədbir zamanı

BAYRAQDAR MEDİA – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Yeni Klinikada uşaq sağlamlığının qorunmasına dair geniş müşavirə keçirilib. Müşavirədə TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin direktorları, TƏBİB-in struktur bölmə rəhbərləri iştirak ediblər.

Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 12-də TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, tədbiri giriş sözü ilə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov açıb.

Məlumata əsasən, daha sonra çıxış edən TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov ana və uşaq sağlamlığının qorunması sahəsinə dövlət səviyyəsində xüsusi önəm verildiyini vurğulayaraq tabeli tibb müəssisələrində bu istiqamətdə görülən işlərdən və çatışmazlıqlardan danışıb: “İlkin səhiyyə və təcili yardım departamentinin rəhbəri Anar Ağayev çıxışında neonatal və pediatrik xidmətin təşkili məsələlərinə toxunaraq ötən illərdə ana və uşaq sağlamlığı ilə bağlı həyata keçirilən layihələrdən söz açıb, 2023-cü il üçün görüləcək işlər haqqında məlumat verib”.

Qeyd edilib ki, Ana və uşaq sağlamlığı şöbəsinin böyük məsləhətçisi Şəbnəm Şahgəldiyeva uşaqların icbari dispanzerizasiyadan keçirilməsi sahəsində görülən işlər barədə məlumat verərək onlar arasında rutin immunizasiyanın önəmini vurğulayıb: “O, valideyn himayəsindən məhrum olan uşaqların da hər il dövlət proqramı çərçivəsində dispanserizasiya müayinələrinə cəlb edildiyini, TƏBİB-in tabeliyindəki poliklinikalarda dispanserizasiyadan keçirildiyini vurğulayıb”. Ş.Şahgəldiyeva tibbi reabilitasiyanın təşkili, patronaj xidmətinin yeni modelinin tətbiqi, “Körpə Dostu Klinikası” layihəsi haqqında ətraflı bəhs edib.

Məlumata əsasən, Ana və uşaq sağlamlığı şöbəsinin baş məsləhətçisi Hicran Kazımova çıxışında 2022-ci il ərzində regionlarda neonatal köçürülmələrə vəkuratorların fəaliyyətinə dair hesabatı təqdim edib: “Respublika Gigiyena və Epidemiologiya Mərkəzininbaş direktorunun epidemioloji məsələlər üzrə müaviniAfaq Əliyeva çıxışında respublika üzrə peyvəndləmə işlərinin təşkili və nəticələrindən bəhs edib”.
TƏBİB-in Xüsusi profilli tibbi xidmətlərin təşkili şöbəsinin aparıcı məsləhətçisi Romella Osmanova isə çıxışında bildirib ki, dünyada vərəm xəstəliyinin rastgəlmə tezliyinə görə 25-44 yaşlar arasında vərəmə yoluxma riski daha yüksəkdir: “15 yaşdan kiçik uşaqlar və gənc yeniyetmələr isə qlobal miqyasda vərəmli insanların təxminən 11%-ni təşkil edir. Bu, hər il dünyada 15 yaşa qədər 1,1 milyon uşaq və yeniyetmənin vərəmə yoluxması, onlardan 225 000-dən çoxunun həyatını itirməsi deməkdir”.

R.Osmanova vərəmlə mübarizə sahəsində əsas məsələnin diaqnozun erkən qoyulması olduğunu da bildirib. Bu səbəbdən R.Osmanova risk qrupunda olan şəxslərin daim nəzarətdə olmasını və vaxtaşırı müayinə olunmalarının zəruriyyətini dilə gətirib.

Tədbirin sonunda TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov yekun nitqlə çıxış edərək bundan sonra da ana və uşaq sağlamlığının, immunizasiya və vaksinasiya proseslərinin daim nəzarətdə saxlanılmasına və təkmilləşdirilməsinə dair tabeli tibb müəssisələri rəhbərlərinə tapşırıqlarını verib. O, müəssisə rəhbərləri qarşısında mövcud nöqsanların qısa zamanda aradan qaldırılmasını tələb kimi qoyub.

Mission News Theme by Compete Themes.