Son yeniləmə: 12 Aprel 2023 13:47
BAYRAQDAR MEDİA – Son vaxtlar dünyanın əsas problemlərindən birinə çevrilən susuzluq və quraqlıq təhlüksəi Türkiyədə də ciddi şəkildə özünü göstərir.
Karadeniz Gazetesi xəbər verir ki, bu təhlükə Türkiyənin Qara dəniz bölgısində də insanları ciddi şəkildə narahat edir.
Məlumata əsasən, Ordunun Ünye Kənd Təsərrüfatı Palatasının sədri Osman Sarıkahraman, “Hazırda ölkəmizdə susuzluq və quraqlıq təhlükəsi yaxınlaşır. “Susuzluq səbəbinə görə, gələcək nəsillər təhlükə altındadır” deyib.
O.Sarıkahraman, Qara dəniz bölgəsinin ən əhəmiyyətli dolanışıq vasitələrindən biri olan fındığın və torpağın kifayət qədər yağış almadığını bildirib: “Bunların səbəbinə baxanda insanın təbiətə qarşı acımasız davranışıdır. Bəzi yerlərdə daşqınlar baş verdiyi halda, bəzi yerlərdə quraqlıq özünü göstərir. Yağış ala bilən meşələri məhv etməklə əslində öz əlimizlə quraqlığa başlayırıq”.
O, daha sonra “su baxımından ən kasıb bölgəyik. Vətəndaş olaraq susuzluğa qarşı məsuliyyətlə hərəkət etməliyik. Həyatımız olan sudan qənaətlə istifadə etməliyik”, – deyə bildirib.