Press "Enter" to skip to content

Nazirlər mövcud regional vəziyyəti müzakirə ediblər

Ceyhun Bayramov və Mevlüt Çavuşoğlu

Son yeniləmə: 12 Aprel 2023 16:01

BAYRAQDAR MEDİA – Aprelin 12-də xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub.

XİN-dən BAYRAQDAR MEDİA-ya verilən məlumaat görə, telefon danışığı zamanı Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu 11 aprel tarixində Ermənistanın təxribatları nəticəsində Azərbaycanın hərbçilərinin həlak olması ilə bağlı başsağlığı diləklərini çatdırıb.

Nazir Çavuşoğlu Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.
Telefon danışığı zamanı tərəflər həmçinin Azərbaycanla Türkiyə arasında gündəlikdə duran ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini, habelə mövc ud regional vəziyyəti müzakirə ediblər.

Mission News Theme by Compete Themes.