Press "Enter" to skip to content

Nazir baş icraçı direktor ilə onlayn görüş keçirib

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Limanlar Qrupunun (“AD Ports”) baş icraçı direktoru Məhəmməd Cuma Əl-Şamisi arasında onlayn görüş keçirilib.

Bu barəd BAYRAQDAR MEDİA-ya aprelin 12-də İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan-BƏƏ iqtisadi əməkdaşlığının müxtəlif istiqamətlər üzrə yüksələn xətlə inkişaf etdiyi, xüsusilə ticarət, investisiya və digər sahələrdə uğurlu tərəfdaşlıq münasibətlərinin olduğu vurğulanıb: “İqtisadi-ticarət əlaqələrinin inkişafında hər iki tərəfdən birgə təşəbbüslərin mühüm rolu qeyd edilib və bu baxımdan “AD Ports”un yeni əməkdaşlıq münasibətlərinin qurulması yönündə səyləri müsbət qiymətləndirilib. Diqqətə çatdırılıb ki,işğaldan azad edilmiş ərazilərimizdə, həmçinin Xəzər dənizi hövzəsində həyata keçirilən layihələr üzrə birgə əməkdaşlıq üçün geniş imkanlar var vəbu sahədəişgüzar dairələrin fəal iştirak etməsi önəmlidir”.

Görüşdə“AD Ports” ilə ölkəmiz arasında əməkdaşlıq perspektivləri,nəqliyyat-logistika, biznes və investisiya imkanları barədə fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.