Son yeniləmə: 12 Aprel 2023 17:35
BAYRAQDAR MEDİA – Qardaş Türkiydəd mayın 14-də keçiirləcək parlament seçkilərində iştirak edəcək namizədlərlə bağlı bəzi partiyalar daxilində gərginlik baş qaldırıb. Bu, özünü müxalif CHP və İYİ Partidə (İP) daha çox göstərir. Hətta belə demək mümükünsə, İP-də “namizəd zəlzələsi” davam edir.
Türkgün Gazetesi xəbər verir ki, namizəd siyahılarının açıqlanmasından sonra bu partiyadakı istefalara yenisi əlavə edilib. Partiyanın Yalovada 3-cü sıradan namizədi olan Elif Akyol Tosun həm partiyadan, həm də namizədlikdən istefa verib.
Məlumata əsasən, 2018-ci il seçkilərində Yalovadan 2-ci sıradan namizəd olan diş həkimi Elif Akyol Tosunun adı bu dəfə 3-cü sırada yazılıb. Bunbdan sonra isə o, bəyanat verərək həm partiyadan, həm də namziədlikdən istefa verdiyini açıqlayıb.