BAYRAQDAR MEDİA – 12 aprel saat 12:00-dan etibarən ali təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu prosesi başlayır.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya aprelin 12-də Elm və Təhsil Nazirliyindən daxil olub.
Xəbərdə deyilir ki, “sənəd qəbulu portal üzərindən həyata keçiriləcək. Proses 16 may 2023-cü il saat 23:59-da yekunlaşacaq. “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali təhsil müəssisələrinə və elmi təşkilatlara doktorantura pilləsi üzrə qəbul olunmaq istəyən şəxslər portal üzərindən “Şəxsi kabinet” vasitəsilə müraciət edə bilərlər. Sistem üzərindən müraciət üzrə cari və növbəti addımları izləmək də mümkündür”.
Qeyd edək ki, müraciətinə müəssisə tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanlarında iştirak edə biləcək.