Son yeniləmə: 12 Aprel 2023 14:31
Bakıda tibbi məhsullar istehsal edən zavodun açılışı olub
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, MÜSİAD-Azərbaycanın təşəbbüsü iləTürkiyənin iş adamlarının, aparıcı şirkətlərinin Azərbaycana investisiya qoyması istiqamətində işlər davam edir. Bu günlərdə isə bu istiqamətdə daha bir addım atılıb. MÜSİAD-Azərbaycanın üzvü olan “Aktif Pharma” şirkətinin Bakıda tibbi məhsullar istehsal edən zavodunun aşlışı olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya MÜSİAD-Azərbaycandan məlumat verilib.
Bildirilib ki, açılış mərasimi Türkiyənin Azərbaycandakı səfiri Dos. Dr. Cahit Bağcı, Abşeron rayon İcra Hakimiyyəti başçısnın müavini Gülnar Rəhimova, MÜSİAD-Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli, şirktin direktoru Faiq Bayramov, o cümlədən MÜSİAD-Azərbaycan və Gənç MÜSİAD Azərbaycanın üzvləri, rəsmi və özəl sektorun təmsilçilərinin iştirakı ilə gerçəkləşib.
Açılış məraismində çıxış edən Dos. Dr. Cahit Bağcı və Gülnar Rəhimova bu cür fəaliyyətləri yüksək qiymətləndirib və uğurlar arzulayıblar. Bu cür fəaliyyətlərin iki qardaş ölkə arasındakı münasibətlərin hər keçən gün daha da dərinləşdiyinin təsdiqi olduğu da çıxışlarda xüsusi qeyd edilib.
Mərasimdə çıxış edən Faiq Bayramov isə bildirib ki, “Aktif Pharma” şirkəti tərkibi vitaminlər, minerallar, prebiyotiklər ve simbiyotiklər kimi məhsullarla zənginləşdirilmiş məhsullarla zənginləşdirilmiş bütün qida əlavələrinin istehsalını ilk dəfə Azərbaycanda reallaşdırır. Şirkət həmçinin, həmçinin digər komponentlərin istehsalını da hədəfləyib.
O da vurğulanıb ki, “Aktif Pharma” kimya, ilaç ve tıbbi sanayi A.Ş. Türkiyədə 16 illik təcrübəyə malik peşəkar bir heyətlə, bioloji aktivliyə malik qida əlavələrinin, gigiyenik və kosmetik məhsulların istehsalı ilə məşğuldur. Şirkət tərəfindən Kapsul, tablet, şərbət, damcı, sprey, paket, blister və krem kimi bütün məhsul qrupları istehsal olunur.
Mərasimdə qeyd edilib ki, 2021-ci ildə MÜSİAD, MÜSİAD-Azərbaycan, Azərbaycan İqtisadiyyat Nazirliyi və KOBİA-nın əməkdaşlığı, 35 ölkədən 550 iş adamının iştirakı ilə Bakıda keçirilən IBF (İnternational Business Form) öz müsbət nəticəsini verir.
Onu da xatırlatmaq yerinə düşər ki, mart ayında MÜSİAD Seydibey başqanı Yasir Dumlupınar və MÜSİAD-Azərbaycanın üzvü Rəşad Səfərlinin ortaqlığı ilə Bakıda “Green Box Café”, həmçinin, “NFT Panel, PKS Doors və AzThermoKing” markalarının şöbələri açılmışdı.
MÜSİAD-Azərbaycanın təşəbbüsü ilə Azərbaycana investisya qoyuluşu davam edir