Press "Enter" to skip to content

78 minə yaxın şəxs aktiv məşğulluq tədbiri ilə əhatə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Son yeniləmə: 12 Aprel 2023 15:04

BAYRAQDAR MEDİAƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin birinci rübündə 77 min 687 işsiz və işaxtaran şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Onlardan 12 min 820 nəfəri “Əmək və məşğulluq” altsistemindəki vakansiya bankına yerləşdirilən münasib vakansiyalar üzrə işlə təmin edilib. 1 min 245 nəfər isə kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub.

Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 12-də nazirlikdən məlumat verilib.

Bildirilib ki, yanvar-mart aylarında 2 min 190 işsiz şəxs üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində peşə hazırlığı kursları təşkil edilib, 61 min 432 şəxsə isə peşəyönümü xidmətləri göstərilib.

Mission News Theme by Compete Themes.