BAYRAQDAR MEDİA– Bolqarıstan Prezidenti Rumen Radev 49-cu Xalq Məclisinin ilk iclasının tarixini açıqlayıb.
Radio Bolqarıstan xəbər verir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, yeni parlamentin ilk iclası aprelin 12-də, yerli vaxtla səhər saat 10:00-da keçiriləcək.
Məlumatda deyilir ki, həmin tairx təsadüfən seçilməyib. 12 aprel pravoslav xristianlar üçün Pasxadan bir həftə əvvəl müqəddəs çərşənbədir.
Rumen Radev bu sərəncamı vəd etdiyi kimi, Mərkəzi Seçki Komissiyasının yeni deputatların adlarını açıqladıqdan sonra ilk iş günü imzalayıb.
Konstitusiyaya görə, prezidentin seçki tarixindən sonra Xalq Məclisinin ilk iclasını təyin etmək üçün bir ay vaxt verir. Bununla belə, Rumen Radev bildirib ki, o, partiyalarla məsləhətləşmələr prosesini və hökumət qurmaq üçün səlahiyyət vermək müddətini uzatmaq niyyətində deyil.
49-cu Xalq Məclisinin ilk iclasını GERB partiyasının ən yaşlı üzvü, 71 yaşlı Vejdi Raşidov açacaq.