Press "Enter" to skip to content

VİP layihəsinin icrasına başlanılıb

Son yeniləmə: 11 Aprel 2023 10:26

BAYARQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentiyinin Mərkəzi Karyera filialı tərəfindən yeni layihənin – Valideyn İnkişaf Platforması (VİP) layihəsinin icrasına başlanılıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 11-də Dövlət Məşğulluq Agentiyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, layihənin məqsədi şagirdlərin ixtisas seçimi zamanı valideynləri ilə daha uğurlu ünsiyyət qurmalarını təmin etmək, onların müasir əmək bazarının tələbləri barədə məlumatlandırılması, öz maraq və meyillərinə uyğun sahələrə yönləndirilməsinə dəstək olmaqdır: “Valideyn İnkişaf Platformasına (VİP) qoşulmaqla valideynlər peşəkar spiker və təlimçilərdən dolğun məlumatlar əldə edəcək, əhatə dairələrini genişləndirəcək, tapşırıqlar üzərində işləyəcək və mentor dəstəyindən faydalana biləcəklər. Layihə başa çatdıqdan sonra 1 ay ərzində də valideynlərə mentor dəstəyinin göstərilməsi davam edəcək”.

Qeyd edilib ki, layihə tamamilə ödənişsizdir: “Onlayn formatda baş tutacaq platformaya seçilmiş pilot rayonlardan – Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzən öyrəndiklərini öyrətməyə həvəsli, 6-cı sinifdən yuxarı yaşda övladı olan valideynlər bu link vasitəsilə müraciət edə bilərlər”.

 

Mission News Theme by Compete Themes.