Press "Enter" to skip to content

Səyyar ASAN avtobusu bu dəfə Astarada

Səyyar ASAN avtobusu

Son yeniləmə: 11 Aprel 2023 11:37

BAYRAQDAR MEDİA – Səyyar ASAN avtobusu 3 aprel tarixindən Astara şəhər Mədəniyyət evinin qarşısında vətəndaşlara xidmət göstərir.

Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 11-də ASAN xidmətdən məlumat verilib.

Bildirilib ki, ümumilikdə Astarada səyyar xidmət 18 dəfə (12 dəfə Səyyar ASAN xidmət avtobusu, 6 dəfə Səyyar ASAN qatar vasitəsilə) gerçəkləşib: “12 dəfə gerçəkləşən səyyar ASAN xidmət avtobusları vasitəsilə 53 000-dən çox vətəndaş müraciəti daxil olub. 6 dəfə gerçəkləşən Səyyar ASAN qatar vasitəsilə isə 15 000-dən çox vətəndaş müraciəti daxil olub. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur. Eyni zamanda, 3 növ funksional yardımçı xidmət – tərcümə və tibb xidməti, o cümlədən “Azərpoçt” MMC tərəfindən göstərilən bank xidmətləri təşkil edilir”.

Məlumata görə, hazırda Astara şəhərində fəaliyyət göstərən Səyyar ASAN avtobusun növbəti dayanacağı Cəlilabad rayonu olacaq: “2013-cü ildən həyata keçirilən Səyyar ASAN xidmət vasitəsi ilə ümumilikdə 2 700 000-ə yaxın, 2023-cü il ərzində isə 35 000-ə yaxın vətəndaş müraciəti daxil olub. “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlardakı əhaliyə xidmətlərin çatdırılması və onların mərkəzlərə gəlmədən xidmətlərdən yararlanması üçün xüsusi təchiz edilən 10 xüsusi avtobus və ASAN qatar səyyar formada əhaliyə xidmət göstərir. Əsas məqsədlər dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır”.

Mission News Theme by Compete Themes.