Son yeniləmə: 11 Aprel 2023 14:44
Erdoğan Saraç: Vətəndaşlıq müraciətləri dərhal mühacir qohumlarımızın xeyrinə yekunlaşmalıdır
BAYRAQDAR MEDİA– Quzey Makedoniyada fəaliyyət gösətərən Türk Milli Birlik Hərəkatı (TMBH) Pariyası Türkiyəyə köçənlərin Makedoniya vətəndaşlığı hüququnun bərpası ilə bağlı davam edən proseslə bağlı mətbuat konfransı keçirib.
Bu barədə Yeni Balkan məlumat yayıb.
Bildirilib ki, TMBH sədri Erdoğan Saraç partiyanın baş katibi Cüneyt Ruşid ilə birgə keçirdiyi mətbuat konfransında Quzey Makedoniyanın AB ilə danışıqlarını davam etdirməsi üçün konstitusiya dəyişikliyi tələbinə və vətəndaşlıq məsələsinə də toxunub.
Türkiyədəki soydaşlarının vətəndaşlıq almasına yol açan qanun barədə danışan E.Saraç deyib:“Türkiyəyə köçən soydaşlarımız qanunvericiliyə uyğun olaraq müraciət üçün lazımi sənədləri hazırlayaraq aidiyyəti orqanlara təqdim ediblər. Türkiyədəki soydaşlarımız vəkillərə, notariuslara, məsləhətçilərə, tərcüməçilərə, vətəndaşlıq qeydiyyatı idarələrinə və aidiyyatı orqanlara xeyli vaxt və maliyyə vəsaiti xərcləyiblər”.
O, bu müraciətlər tezliklə cavab verilməsinin vacibliyini vurğulayıb.