Press "Enter" to skip to content

“Nar” 2022-ci ildə sosial layihələrə 5 milyon manatdan çox investisiya yatırıb

Son yeniləmə: 11 Aprel 2023 10:00

BAYRAQDAR MEDİA – Mobil operator “Nar” 2022-ci ildə müxtəlif əhəmiyyətli sosial layihələrə ayırdığı vəsaitin məbləğini açıqlayıb.

BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, 2022-ci il ərzində mobil operator fiziki məhdudiyyətli insanların dəstəklənməsi, elm və təhsil, eləcə də milli-mənəvi irs və vətənpərvərlik istiqamətində müxtəlif layihələrə 5 milyon AZN-dən çox vəsait yatırıb.

“Nar” olaraq 2022-ci ildə 20-dən çoxsosial layihə gerçəkləşdirdik. Bu layihələr birbaşa minlərlə insanın həyatına müsbət dəyişiklik gətirib. Bundan başqa, beynəlxalq səviyyədə qəbul edilmiş dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək üçün BMT-nin Qlobal sazişinə qoşulan ilk mobil operator olduq ki, bu da bizə sosial təşəbbüslərdə beynəlxalq təcrübədən yararlanmağa imkan verir. Cari ildə də önəmli sosial layihələrə dəstəyimizi davam etdirmək niyyətindəyik”, – deyə “Nar”ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov bildirib.

Məlumatda daha sonra deyilir: “Ötən il həyata keçirilən layihələrdən “Təlim Məktəbi” və “Jestdili.az” ı xüsusi vurğulamaq lazımdır. “Təlim Məktəbi” layihəsində nitq və eşitmə məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası və maddi sərbəstliyi üçün müxtəlif peşə təlimləri tədris olunur. Bundan başqa, “Jestdili.az” eşitmə və nitq məhdudiyyətli şəxslərin daha rahat ünsiyyətinə dəstək məqsədilə yaradılmış onlayn lüğətdir. İstifadəçilərin harada olmasından asılı olmayaraq daim faydalanma imkanı verənbu lüğətdə video, foto və təsviri mətn formasında 5 mindən çox söz toplanıb. Həyata keçirilən layihələr ölkədə və beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib. Belə ki,“Jestdili.az” layihəsi“NETTY 2022” milli internet mükafatınıqazanmış, öncəki illərdə isə “Təlim Məktəbi” layihəsi “Eventiada IPRA Golden World Awards” (Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası Qızıl Dünya Mükafatı) müsabiqəsində “Ən yaxşı sosial layihə” nominasiyasında qalib olub. “Nar”ın həyata keçirdiyi digər sosial layihələri ilə bağlı ətraflı məlumatı buradan əldə edə bilərsiniz”.
https://www.nar.az/projects/

Mission News Theme by Compete Themes.