Son yeniləmə: 11 Aprel 2023 14:25
BAYRAQDAR MEDİA – Milliyyətçi Hərəkət Partiyası (MHP) Denizli millət vəkili namizədləri ictimaiyyətə tanıdılıb.
Bu haqda xəbəri Deda Haber yayıb.
Bildirilib ki, mərasimdə çıxış edən MHP Denizli İl başqanı Mehmet Ali Yılmaz, “14 may MHP-nin, “Cumhur İttifakı”mızın, sayın Cümhurbaşqanımız Recep Tayyip Erdoğanın qələbə günüdür” deyib.
Namizədləri təbrik edən Mehmet Ali Yılmaz daha sonra deyib: “28-ci dönəm parlament seçkilərində partiyamıza güc verərək, namizədlik üçün müraciət etmiş bütün dostlarımızı təbrik edirəm. Liderimiz Dr. Devlet Baxçelinin təqdiri ilə Feridun Ünal, Yusuf Qarip, Ebru Leman Kalkan, Emre Erdoğan, Mehmet Altıntaş, Raşit Özdemir və Hüseyn Load namizədlərimiz oldu”.
O, qeyd edib ki, 14 may seçkiləri adi bir seçki deyil. Bu seçkilərdən sonra imperialist güclərin Türkiyə Cümhuriyyəti üzərində formalaşdırmağa çalışdıqları bütün layihələr, şər qüvvələr yox olacaq.
Məlumata əsasən, MHP İl Başqanlığında keçirilən məraismdə namizədlər bir-bir söz alaraq özlərini təqdim ediblər.