Press "Enter" to skip to content

KOBİA və Qazaxıstanın Xarici Ticarət Palatası arasında Anlaşma Memorandumu

İmzalanma mərasimi zamanı

Son yeniləmə: 11 Aprel 2023 14:09

BAYRAQDAR MEDİA – Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana rəsmi səfəri çərçivəsində Astana şəhərində hər iki ölkənin dövlət başçılarının iştirakı ilə bir sıra sənədlər, o cümlədən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Qazaxıstanın Xarici Ticarət Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 11-də KOBİA-dan məlumat verilib.

Bildirilib ki, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Qazaxıstanın Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Ayan Yerenov imzalayıblar: “Memorandumda hər iki ölkənin KOB-ları arasında əməkdaşlığın təşviqi və dəstəklənməsi, ticarət, investisiya imkanları, iqtisadi əməkdaşlıq, KOB sahəsində yeniliklər və müxtəlif tədbirlərə dair qarşılıqlı məlumat, KOB-lara xidmət sahəsində təcrübə mübadiləsi, KOB-lar arasında əməkdaşlığın gücləndirilməsi üçün birgə tədbir və sərgilərin təşkili kimi məsələlər nəzərdə tutulur”.

Mission News Theme by Compete Themes.