Son yeniləmə: 17 Aprel 2023 02:37
BAYRAQDAR MEDİA – Bolqarıstanın Kırcalı vilayətində 33 məktəbin tədris planında türk dili dərsləri pulsuz seçmə kurs kimi tədris olunur.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
Məlumatda deyilir ki, vilayətdəki məktəblərdə türkcə ana dili dərsi alan şagirdlərin sayı 1438-dir.
Regional Təhsil Müdirliyindən verilən məlumata görə, Kırcalıda şəhər içində türk dilini tədris edən bir dənə də olsun məktəb yoxdur.
İbtidai siniflərdən 309 uşaq ana dili olaraq türk dilində pulsuz seçmə kurslarda iştirak edir.
Orta məktəbdə türkcə dərslərini seçən şagirdlərin sayı 251 nəfər olmaqla Çernoochendə ən yüksəkdir.