Son yeniləmə: 11 Aprel 2023 15:52
Bulut Aləmdar: Güney Azərbaycan gerçəkliyi və Türk Dövlətləri Təşkilatı İranı ciddi şəkildə narahat edir
BAYRAQDAR MEDİA – “İran son günlərdə bölgədəki faşizmə söykənən, terrorçu fəaliyyətlərini Azərbaycana qarşı istiqamətləndirib. Əslində, İranın fars-molla rejimi hər zaman Azərbaycana qarşı bu cür düşmən addımlar atıb. Sadəcə son vaxtlar həmin fəaliyyətlər daha da güclənib”.
Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Güney Azerbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Mərkəzi Şura üzvü Bulut Alemdar deyib.
Onun sözlərinə görə, İranın faşist, fars-molla rejiminin təmsilçiləri iddia edir ki, guya Zəngəzur dəhlizinin açılması İran-Rusiya ticarət əlaqələrinə mane olacaq: “Bu tamamilə əsassız, yalan bir iddiadır. Molla rejimi bu iddianı ortaya atmaqla, sadəcə, öz cinayətkar əməllərinə don geyindirmək və guya bu addımın Rusiyanın da marağında olması görüntüsü yaratmaq istəyir. Çünki mövcud reallıqlar tamamilə başqa durumdan xəbər verir. Əvvəla, Zəngəzur koridorunu dəstəkləyənlərdən biri məhz Rusiyadır. Deməli ki, rulsar heç bir vaxt və heç bir halda öz ticarətlərinə əngəl olan layihəni dəstəkləməzlər. Bir sözlə, təkcə bu məqam fars-molla rejiminin təmsilçilərinin yalan dediyinin təsdiqidir”.
B.Alemdar qeyd edib ki, fars-molla rejiminin yalanlarını ifşa edən başqa faktlar da var: “İranla Rusiya arasındakı ticarətin 50 faizi Qara Dənizdən gəmilər vasitəsilə reallaşdırılır. Quru yolu ilə ticarətin 35-40 faizi isə Azərbaycandan keçməklə reallaşdırılır. Həmçinin, bu ticarətin bir qismi Xəzər dənizi üzərindən, bir qismi isə hava nəqliyyatı vasitəsilə reallaşdırılır. Yəni deməyim odur ki, İranla Rusiya arasında ticarət əlaqələrinin çox cüzi hissəsi Ermənistan üzərindən həyata keçirilir. Bu da fars molla rejiminin “Zəngəzur dəhlizinin açılması İran-Rusiya ticarət əlaqələrinə mane olacaq” iddiasının tamamilə yalan olduğunun daha bir təsdiqidir”.
“Bütün bunları vurğulamaqla bildirmək istəyirəm ki, fars-molla rejiminin bölgədəki cinayətkar əməllərinin, faşizm mahiyyətli siyasətinin səbəbi heç də Zəngəzur koridoru deyil. Güney Azərbaycan gerçəkliyi və Türk Dövlətləri Təşkilatının güclənməsi İranı narahat edir. İranın quyruq acısı da məhz bu iki məqamdan qaynaqlanır”, – deyə B.Aləmdar sonda bildirib.