BAYRAQDAR MEDİA – Aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri təxribat məqsədilə Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən döyüş mövqelərini intensiv atəşə tutub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.
Xəbərdə deyilir ki, “Azərbaycanın hərbi qulluqçularının sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınır. Azərbaycan bölmələri tərəfindən görülən cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib. Hazırda minaatan və iriçaplı silahlardan istifadə etməklə Azərbaycanın mövqeləri ermənilər tərəfindən atəşə tutulur”.
Daha sonra xəbərdə bildirilir ki, “qarşı tərəfin atəş mövqelərinin susdurulması məqsədilə zəruri addımlar atılır. Əməliyyat şəraiti Azərbaycan bölmələrinin tam nəzarəti altındadır. İctimaiyyəti təmkinli olmağa və yalnız rəsmi məlumatlara istinad etməyə çağırırıq”.