Press "Enter" to skip to content

Ermənistan yenə də təxribat törətdi

Müdafiə Nazirliyi

Son yeniləmə: 12 Aprel 2023 02:16

Müdafiə Nazirliyi: Ermənistanın təxribatı nəticəsində yaranmış gərginlik davam edir

BAYRAQDAR MEDİA – Aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilib ki, qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb: “Hazırda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür”.

Nazirliyin yaydığı digər məlumatda isə qeyd edilib ki, “Aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Laçın rayonu istiqamətində törədilən təxribat nəticəsində yaranmış gərginlik davam edir. Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən görülən zəruri tədbirlər nəticəsində qarşı tərəf xeyli sayda itki verib.İctimaiyyətə əlavə məlumat veriləcək”.

Mission News Theme by Compete Themes.