Press "Enter" to skip to content

Alt İşçi qrupun növbəti iclası keçirilib

İclas zamanı

Son yeniləmə: 11 Aprel 2023 12:48

BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi qrupun tərkibində yaradılmış alt İşçi qrupun 5-ci iclası keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 11-də Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, iclasda çıxış edən alt İşçi qrupun rəhbəri, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev görülmüş işlərə dair hesabatı iştirakçıların diqqətinə çatdırıb: “İşçi qrupun ötən iclasının qərarları barədə məlumat verilib. İclas zamanı Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında həyata keçirilən tikinti-quruculuq işləri və layihələndirmə zamanı “Yaşıl Enerji Zonası” Konsepsiyasından irəli gələn məsələlərə dair çıxışlar dinlənilib. Həmçinin alt İşçi qrupun fəaliyyətindən irəli gələn digər məsələlər müzakirə edilib”.

Məlumata əsasən, iclasda Energetika, İqtisadiyyat, Maliyyə, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Fövqəladə Hallar nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Avtomobil Yolları Dövlət Agentliyi, Milli Elmlər Akademiyası, “Meliorasiya və Su Təsərrüfatı” ASC, Dövlət Neft Şirkəti, “Azərenerji” ASC, “Azərişıq” ASC, Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətləri, Qarabağ Dirçəliş Fondunun nümayəndələri iştirak ediblər.

Mission News Theme by Compete Themes.