Press "Enter" to skip to content

TİKA tərəfindən təmir edilən tarixi məscid yenidən istifadəyə verilib

Açılış mərasimi zamanı

Son yeniləmə: 10 Aprel 2023 17:41

BAYRAQDAR MEDİAQuzey Makedoniyada Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən bərpa edilən tarixi Sultan Murad məscidi Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun iştirakı ilə keçirilən mərasimlə yenidən istifadəyə verilib.

Yeni Balkan xəbər verir ki, bununla bağlı keçirilən mərasimdə çıxış edən Mehmet Nuri Ersoy deyib ki, “Bu gün 587 illik tarixi abidə olan Sultan Murat məscidinin açılışı həm də xalqlarımızın köklü birliyinin, növbəti əsrlərdə yenidən birlikdə yaşayacağımız mədəniyyətin, qardaşlığın əlamətidir. Bu qardaşlığı qorumaq və gücləndirmək də çox, çox vacibdir” deyib.

O, bildiirb ki, TİKA tərəfindən Quzey Makedoniyada təhsildən səhiyyəyə, kənd təsərrüfatından peşə təhsilinə və institusional imkanların artırılmasına qədər bir çox fərqli sahədə mindən çox layihə həyata keçirilmişdir.

Nazir həmçinin vurğulayıb ki, “Skopyedən Qostivara, Doyrandan Strumitsaya, Radovişdən Ohridə, Tetovodan Konçeyə kimi Quzey Makedoniyanın hər yerində biz bu əməkdaşlığın işlərini və nəticələrini görə bilərik. Onu da deyim ki, biz Quzey Makedoniyada mədəniyyət abidələrində 24 bərpa işləri aparmışıq. Manastır İshakiye məscidi, Struga Mustafa Kebir Çələbi məscidi, Tetovo və Ohrid, Qostivar hamamları bunlardan yalnız bir neçəsidir. Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün atası Ali Rıza Efendinin Quzey Makedoniyanın Kocacık kəndində olan evinin ev muzeyi kimi fəaliyyət göstərməsi və Atatürkün təhsil aldığı Manastır Hərbi Liseyinin təmiri və avadanlıqla təchiz edilməsi mühüm mədəni layihələrimiz arasındadır”.

Digər çıxışlardan da sonra Sultan Murad məscidi yenidən istifadəyə verilib.

Mission News Theme by Compete Themes.