Press "Enter" to skip to content

Tatarıstan xalqı Ukrayna xalqına qələbə arzu edir – AUDİO

Nafis Kaşapov /Foto: Svitlana Myalik

BAYRAQDAR MEDİA – Sürgündəki Tatarıstan hökumətinin naziri Nafis Kaşapov Polşa radiosuna müsahibəsində Ukrayna xalqının Rusiyanın təcavüzü qarşısında dəyanətlə dayandığına toxunub, onlara qələbə arzu edib.

Radionun efirində aprelin 9-da səsləndirilmiş geniş müsahibədə N.Kaşapov bildirib ki, Tatarıstan azad olmaq üçün çalışır: “Tatarıstan Rusiyadan ayrılmaq, siyasi, iqtisadi və maliyyə baxımından azad olmaq, öz dilində danışmaq istəyir”.

Radio qeyd edib ki, Tatarıstanın müstəqilliyi uğrunda mübarizə aparan fəalları Rusiya terrorçu elan edib. Ona görə də onlar illərdir Rusiyadan çıxaraq Tatarıstanın müstəqilliyi uğrunda mübarizə aparırlar. O da bildirilib ki, bu fəallar Rusiya təcavüzünə qarşı Ukraynaya dəstək də verirlər.

Müsahibə: https://player.polskieradio.pl/kolejka

Mission News Theme by Compete Themes.