BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, aprelin 10-da Azərbaycan Prezidenti İlham Əliyev qardaş Qazaxıstana rəsmi səfərə gedib.
Prezidentin Mətbuat xidməti xəbər verir ki, səfər artıq başa çatıb və İ.Əliyev Azərbaycana yollanıb.
O da bildirilir ki, səfər çərçivəsində Azərbaycanla Qazaxıstan arasında bir sıra sənədlər imzalanıb.
Bundan sonra hər iki prezident mətbuat üçün bəyanatla çıxış edib.
Daha sonra Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev İ.Əliyevin şərəfinə rəsmi qəbul təşkil edib.
Günün sonuna doğru İ.Əliyev və Q-J.Toqayev Astanada Heydər Əliyev küçəsinin açılışını gerçəkləşdirib.
Səfər çərçivəsində sonuncu tədbir olaraq prezidentlər Astana Beynəlxalq Maliyyə Mərkəzinə baş çəkiblər.