Son yeniləmə: 10 Aprel 2023 21:10
BAYRAQDAR MEDİA – Aprelin 10-da Prezident İlham Əliyev qardaş Qazaxıstana rəsmi səfərə gedib.
Bu haqda xəbəri Prezidentin Mətbuat xidməti yayıb.
Astanadakı Nursultan Nazarbayev Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentini Qazaxıstanın Baş naziri Əlixan Smailov və digər rəsmi şəxslər qarşılayıb.
Daha sonra paytaxt Astanadakı “Akorda” Prezident Sarayında rəsmi qarşılanma mərasimi olub. Qardaş ölkənin Prezidenti Qasım-Jomart Toqayev Azərbaycanlı həmkarını qarşlılayıb.
Qarşılanmanın ardından Azərbaycan və Qazaxıstan prezidentlərinin məhdud tərkibli heyətlərlə görüşü olub.
Bu görüşün ardından iki ölkə heyətləri daha geniş tərkibli görüş keçirib.