Press "Enter" to skip to content

Kitab tanıtma: “İnsan. Kamilliyin arxitektonikası”

Kitabın şəkli

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı müxtəlif mövzulu kitablardan biri də şərqşünas alim, fəlsəfə elmləri doktoru Könül Bünyadzadənin müəllifi olduğu “İnsan. Kamilliyin arxitektonikası” kitabıdır.

Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisə kimi sosial fəlsəfə kontekstində araşdırılır. Kamillik prinsipinin keçdiyi inkişaf yolu orta əsrlər, Yeni dövr və müasir dövrün meyarları və prinsipləri işığında ayrı-ayrılıqda nəzərdən keçirilir və problemin ümumi elmi mənzərəsi yaradılır.

Nəşrdə insan “mən”i haqqında deyilir: “İnsanı digər varlıqlardan fərqləndirən, onlardan üstün edən onun özü olub-olmamaq imkanına malik olması və bu imkanını dərk etməsidir. Yəni insan azad bir “Mən”ə sahibdir, yaxud Mən özü azadlıq deməkdir, mümkün və zərurinin dialektikasıdır. Söhbət öz iradəsi, düşüncəsi olan, eyni zamanda ali varlıq qarşısında öz məsuliyyətini, öz “Mən”ini dərk edən insandan gedir…”

“Ruhun kamilləşmə prosesinin məqamları”, “Sənət və kamillik”, “”Mən” və cəmiyyət”, “Dövrün “narahat” insanı”, “İslam Şərqi”, “Dəyişən meyarlar”, “Qərbdə insan fenomeni və onu formalaşdıran amillər” və s. başlıqlardakı yazılar kamillik haqqında anlayışa malik və kamilləşmək istəyən şəxslər üçün nəzərdə tutulub.

Qeyd edək ki, kitabın elmi redaktoru və ön sözün müəllifi Prof. Səlahəddin Xəlilovdur.

Mission News Theme by Compete Themes.