Press "Enter" to skip to content

Fədakar vali 63 gündən sonra Hataydan ayrılır

Son yeniləmə: 10 Aprel 2023 16:49

BAYRAQDAR MEDİA – Kahramanmaraş zəlzələsindən sonra Hataya koordinator vali təyin edilən Denizli valisi Ali Fuat Atikin inanılmaz fədakarlıq göstərdiyi barədə məlumat vermişdik.

Denizli valisindən inanlmaz fədakarlıq

Qeyd etmişdik ki, o, bağırsaq xərçəngi diaqnozu qoyulduqdan sonra kimyaterapiya almasına baxmayaraq vəzifəsini davam etdirir.
Bu arada isə bəlli olub ki, F.Atik 63 gündən sonra Hataydan ayrılır.

Bu barədə Karadeniz Gazetesi məlumat yayıb.

Məlumatda deyilir ki, Hataydan ayrılmadan əvvəl Fulya Öztürklə bir daha görüşən Ali Fuat Atik xəstəliyi və bu proses barədə danışıb.

O, “Yaxşıyam, burada müalicəmi tamamladım. Hər şey yaxşı keçdi. Vəzifəmi həmkarıma təhvil verdikdən sonra Denizliyə yollanacağam. Əsas işimi orada davam etdirəcəm. Amma ürəyim həmişə bu şəhərdə olacaq” deyib.

Geri döndükdən sonra əməliyyat olacağını deyən vali bildirib ki, əməliyya edəcək həkimin İstanbuld aolacağını bildirib: “Həkimim dedi ki, əməliyyat edək, bu işi bitirək. Ümid edirəm ki, bundan sonra ömrümün sonuna qədər sağlam yaşayacam”.

Mission News Theme by Compete Themes.