Press "Enter" to skip to content

CHP-nin siyahısı Denizli şöbəsini ikiyə parçaladı

CHP-nin loqosu

Son yeniləmə: 10 Aprel 2023 09:31

BAYRAQDAR MEDİA – Aprelin 9-da Cümhuriyyət Xalq Partiyasının (CHP) YSK-ya təqdim etdiyi millət vəkilliyinə namizədlər siyahısı partiyanın Denizi şöbəsini ikiyə parçalayıb.

Bu barədə Deda Haber məlumat yayıb.

Bildirilib ki, CHP-nin Denizli üzrə siyahısının CHP-nin sədr müavini Gülizar Biçer Karacaya yaxın adamlardan ibarət olması və 3-cü sırada Gələcək Partiyası üçün kvota açılması partiyanın yerli şöbəsinin bir hissəsində ciddi etiraza səbəb olub.

CHP Denizlidə əvvəlki dövr İl sədri olan Bülent Nuriz Çavuşoğlunun başçılıq etdiyi partiya üzvləri bunun qəbuledilməz hal olduğunu bəyan ediblər: “İl idarəçiləri və bəzi mahal başçılarının şöbənin mərkəzi binasına toplaşaraq qiymətləndirmələr apardığı öyrənilib”.

Mission News Theme by Compete Themes.